Qazaxıstanda ödəniş kartlarının sayı fevral ayında əcnəbilər üçün məhdudiyyətlər fonunda azalıb

15:10 - 9.04.2025


9 aprel, Fineko/abc.az. 2025-ci ilin fevral ayında Qazaxıstan bankları beynəlxalq ödəniş sistemlərinin kartlarının buraxılışını azaltdı.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Milli Bankının məlumatlarında deyilir.

Martın 1-nə dövriyyədə olan kartların ümumi sayı 54,1 milyon təşkil edib ki, bu da bir ay əvvələ nisbətən 4,6% azdır. Eniş 2022-ci ilin əvvəlindən etibarən, Rusiyada Visa və Mastercard dayandırıldıqdan sonra Rusiyalılar Qazaxıstanda kütləvi şəkildə kart hazırlamağa başlayandan sonra ən kəskin eniş olub.