Azərbaycana smartfon idxalı kəskin azalıb

15:03 - 7.04.2025


7 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Azərbaycana toplam dəyəri 26 milyon 18 min ABŞ dolları olan 107 min 675 ədəd smartfon idxal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki illə müqayisədə say baxımından 10 min 12 ədəd və ya 8,5%, dəyər baxımından isə 9 milyon 398 ABŞ dolları və ya 26,5% azdır.

2023-cü il ərzində ölkəyə 35 milyon 416 min dollar dəyərində 117 min 687 ədəd smartfon gətirilmişdi

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 411 manata bərabər olub. Bu da illik 100 manat və ya 19,7% azdır.

2023-cü ildə 1 ədəd smartfonun orta idxal qiyməti 512 manat idi.