Tramp ölkələrlə tarifləri müzakirə etməyə hazır olduğunu bildirib

17:22 - 4.04.2025


4 aprel, Fineko/abc.az. Tramp tarif siyasətində çeviklikdən söz edib və dünyanın digər ölkələrinin liderlərini müzakirəyə gözləyir. 

ABC.AZ xəbər verir ki, məlumata görə, ABŞ lideri, danışıqlara hazır olduğunu və digər ölkələrin "fenomenal" bir şey təklif edəcəyi təqdirdə tarifləri müzakirə etməyə hazır olduğunu bildirib.

Nümunə olaraq Tramp, Amerika qanunlarına görə ABŞ-da satılmalı və ya bloklanmalı olan Çinin TikTok platformasını qeyd edib.

O, həmçinin vurğulayıb ki, əvvəllər digər ölkələr, onun fikrincə, güzəştə getməyə hazır deyildilər, amma indi vəziyyət dəyişib: "İndi onlar bizim üçün hər şeyi edəcəklər".