Banklar yanvar-fevral ayında kredit faizlərindən böyük vəsait qazanıb

10:23 - 4.04.2025


4 aprel, Fineko/abc.az. Azərbaycandakı bankların 2025-ci ilin yanvar-fevral ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 2 ayında bankların kreditlər üzrə faiz gəlirləri 593.4 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 482.2 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-fevral ayında faizlər üzrə xərcləri isə 262.8 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.