16:46 - 2.04.2025
2 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral aylarında Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 37 ölkəsinə 2,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında qeyd edilib. Bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
2025-ci ilin ilk iki ayı ərzində 37 ölkədən 90-a yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Misir, Türkiyə və Pakistan böyük paya sahibdir.