Azərbaycanda bank sektorunda çalışanlar azalıb, ya artıb?

11:57 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Azərbaycanda bank sektorunda çalışanların sayı 25 min 634 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ay ərzində 0.7% və ya 182 nəfər artım deməkdir.

Yanvar ayının sonuna bank işçilərinin sayı 25 min 452 nəfər olub.