10:14 - 18.03.2025
18 mart, Fineko/abc.az. Qəhvə 2024-cü ildə əsas istehsalçı ölkələrdə əlverişsiz hava şəraiti səbəbindən 38,8% bahalaşmışdı və hava yaxşılaşmasa bahalaşmağa davam edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə, "BMT-nin ərzaq və kənd təsərrüfatı Təşkilatı"nın (FAO) araşdırmasında deyilir.
2024-cü ilin dekabr ayında üyüdülmüş qəhvə istehsalı üçün üstünlük verilən arabica sortu illik müqayisədə 58% bahalaşıb. Əsasən həll olunan qəhvə və qarışıqda istifadə olunan robusta sortu 70% bahalaşıb. İki sort arasındakı qiymət fərqi 1990-cı illərin ortalarından bəri ilk dəfə xeyli dərəcədə azalıb.
Braziliya və Vyetnam birlikdə dünyada qəhvənin təxminən 50%-ni istehsal edirlər. Qiymət artımına Vyetnamdan ixracatın azalması, İndoneziyada istehsalın azalması və Braziliyadakı əlverişsiz hava təsir göstərir.
8 Avqust 2026
8 Avqust 2026