İki ayda kartla alınmış qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV 6,2 milyon manata yaxın olub

12:25 - 11.03.2025


11 mart, Fineko/abc.az. “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir.

ABC.AZ Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən 2 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 6,2 milyon manata yaxın olub.