İsveçrə Bankı "Saxo Bankı”n 70 faiz səhmlərini alıb

10:15 - 11.03.2025


11 mart, Fineko/abc.az. Martın 10-da İsveçrənin özəl bankı “J. Safra Sarasin Group” Danimarkanın “Saxo Bankı”nın 70% səhmini aldığını elan edib.

ABC.AZ xəbər verir ki, sövdələşmə 1.1 milyard avro dəyərində qiymətləndirilir, bankın ümumi dəyəri isə 1.6 milyard avroya çatır.

Bildirilir ki, “Safra Sarasin” Çinin “Geely” holdinqinə məxsus 49.9%, Finlandiyanın “Finnish Mandatum” maliyyə qrupunun isə 19.8% payını alıb.

“Saxo Bank” 1992-ci ildə yaradılıb. Bu, müxtəlif maliyyə alətlərinə investisiya qoymaq üçün öz ticarət platformasına malik investisiya bankıdır. Ötən il bankın gəliri 626 milyon avroya (+4%), xalis mənfəəti isə 135 milyon avroya (+287%) çatıb.