15:05 - 7.03.2025
7 mart, Fineko/abc.az. Almaniyanın tanınmış dərman və bitki mühafizəsi istehsalçısı “Bayer” 2024-cü illə müqayisədə mənfəətin ciddi şəkildə azalacağını proqnozlaşdırıb.
ABC.AZ xəbər verir ki, keçən ilin dördüncü rübündə “Bayer”in əməliyyat mənfəəti beşdə bir hissəsindən çox — 2,35 milyard avroya düşdü. Dövriyyə cüzi də olsa azalıb (11,7 milyard avroya qədər).
Konsernin nümayəndəsi kənd təsərrüfatı məhsullarının aşağı qiymətləri və əczaçılıq sənayesində artan rəqabətlə mübarizə apardığını deyib. Kimya qrupu bir müddətdir ki, idarəetmə səviyyələrini və bürokratik prosesləri azaldır.
Xatırladaq ki, 2024-cü ilin birinci yarısında “Bayer”in satışları 2,1% (24,91 milyard avroya qədər) azalıb, lakin mənfəət 2023-cü ilin birinci yarısı ilə müqayisədə 80% artıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026