ABŞ-ın məşhur şirkətlərinin Azərbaycanda törəmələri yaradılıb

11:07 - 5.03.2025


5 mart, Fineko/abc.az. ABŞ-nin transmilli qənnadı məhsul istehsal edən şirkəti “Mars Inc.” Azərbaycanda törəmə şirkət təsis edib.

ABC.AZ xəbər verir ki, yeni təsis edilən “Mars Azerbaijan” MMC-dir. Şirkət 2025-ci ilin yanvarında yaradılıb.

Yeni təsis edilmiş şirkətin nizamnamə kapitalı 1 475 000 manat olmaqla Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25e ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin direktoru isə Mübaris İsmayılov İsmixan oğludur. O, uzun illərdir ki, müvafiq sahə üzrə çalışır və 2019-cu ildən isə “Mars”ın Azərbaycan üzrə distributorunda çalışıb.

2010-cu ildən “Mars” şirkətinin Azərbaycan Respublikasında rəsmi distributoru “Camal” LTD şirkətidir.