"İdrak Texnoloji Transfer" MMC-nin 1 milyon manata yaxın dövlətə borcu var

17:28 - 4.03.2025


4 mart, Fineko/abc.az. "İdrak Texnoloji Transfer" MMC (VÖEN: 1300114441) 987 min 244 manat vergi borcu olduğu məlum olub.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.

Qeyd edək ki, şirkət 8 aprel 2003-cü ildə yaradılıb. 40 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Hikmət Abdullayev Şövkət oğludur.