11:02 - 28.02.2025
28 fevral, Fineko/abc.az. 2025-ci ildə ümumi iqtisadi artımın 3.3%, qeyri-neft sektoru üzrə isə 5.2% olacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin yanvarında Mərkəzi Bankın proqnozlarına görə, qeyri-neft sektorundakı artımın əsas səbəbi ev təsərrüfatlarının və dövlətin istehlak xərcləri olacaq.
Bu proqnoz ötən ilin oktyabr ayında verilənlərlə müqayisədə 0.08 faiz bəndi artıb. Dəyişiklik qeyri-neft-qaz sektorunda artım proqnozunun təzələnməsindən qaynaqlanır.
Neft-qaz sektoru üzrə artım proqnozu isə sabit qalıb və hökumətin rəsmi proqnozlarına əsaslanır. Qeyri-neft-qaz sektoru üzrə artım isə 5.1%-dən 5.2%-ə yuxarı doğru dəyişdirilib.
Lakin tənzimləyici əlavə edir ki, 2025-ci ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər.