“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilir

15:27 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilir. (APA)