11:46 - 26.02.2025
26 fevral, Fineko/abc.az. “Tesla”nın baş direktoru İlon Maskın sərvəti bir gündə 22.2 milyard dollar azalıb. Bunun səbəbi sərvətinin yarıdan çoxunu təşkil edən elektrik avtomobil istehsalçısı “Tesla”nın kotirovkalarının çökməsi olub.
ABC.AZ xəbər verir ki, fevralın 25-də “Tesla” səhmləri 8.4% ucuzlaşaraq 302.8 dollara, bazar kapitallaşması isə 1 trilyon dollardan aşağı düşüb ki, bu da son üç aylıq minimum göstəricidir. İlon Mask 419.4 milyard dollar sərvətlə supermilyarderlər sıralamasında birinci olub.
İtkilərə baxmayaraq, Mask hələ də dünyanın ən varlı adamları arasında birinci yerdədir. Amerikalı sahibkar həm də dünyanın müxtəlif ölkələrindən 24 nəfərin daxil olduğu “Altrata”nın supermilyarderlər siyahısına daxildir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026