Kredit faizlərindən ən çox gəlir əldə edən banklar - Siyahı

16:49 - 25.02.2025


25 fevral, Fineko/abc.az. Bank sektorunda kredit faizlərindən əldə edilən gəlirlər, bankların əsas qazanc mənbələrindən biridir.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin sonuna olan rəqəmlər göstərir ki, bu sahədə ən çox gəlir əldə edən banklar «Kapital Bank», «Azərbaycan Beynəlxalq Bankı» (ABB) və «Paşa Bank»dır.

Siyahıda birinci yeri tutan «Kapital Bank» kredit faizlərindən 702 132 000 manat gəlir əldə edib ki, bu da bankın ümumi gəlirlərinin 48%-ni təşkil edir.

İkinci sırada «Azərbaycan Beynəlxalq Bankı» (ABB) qərarlaşır və bu bankın kredit faizlərindən əldə etdiyi gəlir 664 444 000 manatdır, bu da onun ümumi gəlirlərinin 53%-ni təşkil edir.

«Paşa Bank» isə 265 164 000 manatla üçüncü sıradadır və bu gəlir, bankın ümumi gəlirlərinin 36%-ni əhatə edir.