10:19 - 21.02.2025
21 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretin ixracı artıb.
ABC.AZ xəbər verir ki, siqaretin ixracındakı artımla bərabər qiymətlər də 2023-cü ildən daha baha olub.
Belə ki, 2023-cü il 20 ədədi və ya 1 qutusu xaricə 25 sentə satılırdısa, 2024-cü ildə qiymətlər 31 sentə qədər bahalaşıb.
Lakin əsas alıcı Gürcüstana satış qiymətləri daha az fərqlə artırılıb.
Bu ölkəyə 1 qutu siqaret öncəki ildə 31 sentə, 2024-cü ildə isə 34 sentə, yəni 3 sent baha satılıb. Nəticədə, bahalaşma Azərbaycana Gürcüstandan əlavə 2.7 mln. dollar gəlir gətirib.
8 Avqust 2026
8 Avqust 2026