12:32 - 18.02.2025
18 fevral, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov “İnkişaf etməkdə olan bazar iqtisadiyyatlarına dair konfrans”da (AlUlaCEME2025) konfransı çərçivəsində Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səud Əl-Tani ilə görüşüb.
AMB-dan ABC.AZ-a bildirilib ki, görüş zamanı mərkəzi banklar arasında formalaşmış əməkdaşlıq əlaqələri, eləcə də bu əlaqələrin daha da genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.