Dekabr ayında bankomatların sayı 6.2% artıb - Hesabat

10:21 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.

ABC.AZ xəbər verir ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı 38.4% artıb.

119 540 ədəd Pos-terminalın 73 042 ədədi Bakıda, 46 498 ədədi isə regionlarda yerləşir.

3 304 ədəd bankomatın isə 1 772 ədədi Bakıda, 1 532 ədədi isə regionlardadır.

Onu da qeyd edək ki, 2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil edib.