09:59 - 3.02.2025
3 fevral, Fineko/abc.az. Ən zəngin rusiyalıların sərvəti 2025-ci ilin əvvəlindən 14.2074 milyard dollar artıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”də məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Alişer Usmanov 2.75 milyard dollar qazanıb.
Belə ki, milyarderin sərvəti 17.5 milyard dollara yüksəlib. “Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti 2.52 milyard dollar artaraq 26.7 milyard dollara çatıb.
Eyni zamanda, “Evroxim” şirkətinin həmtəsisçisi Andrey Melniçenko 1.71 milyard dollar qazanaraq sərvətini 22 milyard dollara yüksəldib.
Qeyd edək ki, “Bloomberg Billionaires Index” 2012-ci ilin martından planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatları dərc edir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026