15:07 - 30.01.2025
30 yanvar, Fineko/abc.az. BOKT-ların qeyri-faiz gəlirləri nəzərəçarpacaq dərəcədə artıb.
ABC.AZ xəbər verir ki, 2023-cü ildə 25.12 milyon manat olan bu göstərici 2024-cü ildə 191.91 milyon manata yüksəlib ki, bu da 664% artım deməkdir.
Bununla yanaşı, qeyri-faiz xərcləri də 61% artaraq 139.08 milyon manata çatıb.
Əməliyyat mənfəəti 164% artımla 262.24 milyon manat təşkil edib.
Bununla yanaşı, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlar 883% artaraq 64.26 milyon manata çatıb.
Müəllif: Elmir Murad
21 Avqust 2026