14:33 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.
ABC.AZ xəbər verir ki, xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 160 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6.9 faizini təşkil edir. Keçən ilin əvvəlində bu borc 6 mlrd. 480.7 mln. ABŞ dolları olub.
21 Avqust 2026