Depozitləri 4.7 milyon manat artan Bank hesabat açıqladı

15:45 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. Ötən il "Bank VTB (Azərbaycan)"nın aktivləri 26.9% və ya 67.2 milyon manat artaraq 317 milyon 98 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 25.6% artaraq 234 milyon 993 min manata çatıb.

Bu dövrdə "Bank VTB (Azərbaycan)"nin cəmi öhdəlikləri 216 milyon 112 min manat təşkil edib ki, bu da illik müqayisədə 36% və ya 57.3 milyon manat çoxdur.

Hesabat dövründə bankın depozit portfeli də 27.8% və ya 24.8 milyon manat artaraq 114 milyon 153 min manata yüksəlib.

Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 7.3% və ya 4.7 milyon manat artaraq 106 milyon 767 min manat, hüquqi şəxslərin depozitləri isə 83.4% və ya 20.1 milyon manat artaraq 44 milyon 105 min manat təşkil edib.

2024-cü ildə bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər əvvəlki illə müqayisədə 15.8% artaraq 60.9 milyon manat, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 63.3% artaraq 19 milyon 262 min manat təşkil edib. 2025-ci il yanvar ayının 1-nə "Bank VTB (Azərbaycan)"nin cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.9% və ya 9.9 milyon manat artaraq 100 milyon 986 min manat təşkil edib.