15:35 - 15.01.2025
15 yanvar, Fineko/abc.az. Rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya veriləcək.
ABC.AZ xəbər verir ki, sözügedən subsidiya məsələsi Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında yer alıb.
Məlumata əsasən, bununla bağlı "Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.
Hesabatda qeyd olunub ki, layihənin son versiyası tam hazır olduqdan sonra hökumətə göndərilməsi nəzərdə tutulub.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026