AWS Meksikadakı məlumat mərkəzlərinə 5 milyard dollar sərmayə qoyur

11:38 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. Amerikanın “Amazon” korporasiyasının bulud bölməsi olan “Amazon Web Services” (AWS) Meksikada infrastrukturunun inkişafına 5 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, yeni layihənin bir hissəsi kimi, AWS Latın Amerikası ölkəsində nəinki məlumat mərkəzləri tikəcək, həm də bulud və digər yüksək texnologiyalarla məşğul olan yerli tərtibatçıları və təhsil müəssisələrini dəstəkləyəcək 300 000 ABŞ dolları dəyərində fond yaradacaq.

Analitiklər hesab edir ki, 15 illik yeni layihə Meksikada təxminən 7000 yeni iş yeri yaradacaq və Meksikanın ÜDM-ni əlavə olaraq 10 milyard dollar artıracaq.