Putin və Pezeşkian hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar

11:00 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də baş tutacaq danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə imzalayacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Danışıqların sonunda Vladimir Putin və Məsud Pezeşkian Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacaq, həmçinin KİV-ə bəyanatlar verəcəklər", - məlumatda deyilir.