“Apple” korporasiyası yeni modellərini buraxmağa hazırlaşır

10:30 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Amerikanın “Apple” korporasiyası aprel ayına qədər aşağı büdcəli iPhone SE 4 smartfonu və yeni iPad modellərini buraxmağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg”in köşə yazarı Mark Qurman “X” sosial şəbəkəsində yazıb.

Bildirilir ki, yeni cihazlar iOS 18.3 və iPadOS 18.3 əməliyyat sistemləri təqdim edildikdən sonra buraxılacaq. iPhone SE 4 smartfonu xarici görünüşcə iPhone 14-ə bənzəyəcək, lakin onun arxa tərəfində yalnız bir obyektiv olacaq. Smartfon həmçinin iPhone 16-dan A18 prosessoru alacaq.

iPad 11 planşetinə isə “Apple Intelligence” funksiyalarını dəstəkləyən A17 Pro prosessoru quraşdırılacaq.