Ötən il Azərbaycandan xaricə ən çox bu məhsul ixrac edilib

11:01 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. Ötən il ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac edilib.

Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilmişdi. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6%, dəyəri isə 8,3% artıb.