17:10 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 6 milyon 724 min dollar dəyərində 293 min 801 ədəd elektrik ütüləri idxal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici miqdar (say) baxımından 309 ədəd və ya 0,1%, dəyər baxımından isə 773,1 min dollar və ya 13% çoxdur.
Belə ki, 2023-cü ilin 10 ayı ərzində ölkəyə 5 milyon 951 min dollar dəyərində 293 min 492 ədəd ütü gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən ütünün bir ədədinin orta idxal qiyməti 39 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 34 manat idi. Bu da o deməkdir ki, orta idxal qiyməti son bir il ərzində 5 manat, başqa sözlə 4% artıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026