18:10 - 29.12.2024
29 dekabr, Fineko/abc.az. Çin Tianjindən Pekinə gedən marşrutda yeni yüksək sürətli CR450 qatarının sınaqlarını keçirib.
ABC.AZ xəbər verir ki, maksimum sürəti 400 km/saata qədər olan CR450, dünyanın ən sürətli ticarət qatarı olmalıdır. Qatarın istismara verilməsi 2025-ci ildə başlanması planlaşdırılır. Yeni qatar əvvəli CR400 ilə müqayisədə daha az çəki, daha yaxşı enerji səmərəliliyi və daha səmərəli əyləc sisteminə malikdir. Nəqliyyat vasitəsi, Çində uzunluğu 45.000 km-dən çox olan dünyanın ən böyük sürətli dəmir yolu şəbəkəsinin bir hissəsi olacaq.