“20 Yanvar” stansiyasını Saray qəsəbəsi ilə birləşdirən yeni marşrut xətti açılır

16:52 - 28.12.2024


28 dekabr, Fineko/abc.az. Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır. Bu barədə Sputnik Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Belə ki, dekabrın 29-dan 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.