11:05 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, yanvar-oktyabr aylarında Azərbaycan ən çox Çindən elektrikli avtomobillər alıb.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə Çindən başqa digər ölkələrdən də elektrik avtomobilləri idxal edilib.
Belə ki, ikinci ən böyük təchizatçı Almaniya olub – 198 elektrik avtomobil idxalı ilə 14.6 milyon dollar dəyərində. Keçən ilin eyni dövründə 217 ədəd elektrik avtomobil idxal edilmişdi və bunun da idxal dəyəri $19.68 mln. idi.
ABŞ 283 avtomobil və 7,7 milyon dollarla üçüncü yerdədir. Böyük Britaniya isə yalnız 15 avtomobil göndərməsinə baxmayaraq, bu avtomobillərin ümumi dəyəri 5.7 milyon dollar təşkil edib.
Digər diqqətçəkən təchizatçılar arasında Belçika (15 avtomobil, 1 milyon dollar), İtaliya (8 avtomobil, 672 min dollar), Cənubi Koreya (19 avtomobil, 443 min dollar) və Yaponiya (9 avtomobil, 93 min dollar) var.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026