15:34 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 95 valyuta hərracında 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 84.8% çoxdur. Belə ki, ötən il ərzində keçirilən valyuta hərraclarında 3 milyard 878.53 milyon ABŞ dolları satılmışdı.
Cari ilin dekabr ayında keçirilən 8 valyuta hərracında isə valyuta satışının məbləği 565.2 milyon dollar təşkil edib.