14:33 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.7% və ya 56.6 mln. manat artıb.
ABC.AZ xəbər verir ki, hüquqi şəxslərin tələbli depozitləri 15 mlrd. 833.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.2%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.1 faiz bəndi azalaraq 34.1% təşkil edib. 2024-cü ilin yanvar – noyabr aylarında banklar tərəfindən 966.5 mln. manat xalis mənfəət, 1 mlrd. 535.8 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
Müəllif: Elmir Murad