Daha bir şirkət Azərbaycan bazarından gedir

09:53 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. “Atc Air Trade Centre Havalandırma Sistemleri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi elan yayıb.

ABC.AZ xəbər verir ki, sözügedən elanda nümayəndəliyin ləğv olunduğu barədə məlumat əks olunub.

Elanda kreditorların iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 78B ünvanına bildirə biləcəkləri qeyd edilib.

Xatırladaq ki, nümayəndəlik Azərbaycanda 2018-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ceyhun Ələkbərovdur.