Dövlət Xidməti 11 aylıq fəaliyyətinin yekunlarını açıqladı

15:30 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 153 müraciətə baxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 89-u təmin olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 72 müraciətə baxılıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfəyə qədər artım deməkdir. Baxılmış müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.