17:30 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. 2024-cü ilin noyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 23,6 faiz artıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən ABC.AZ-a daxil olan məlumata görə, sifarişlərin çoxalması özünü qiymət artımlarında da göstərib.
Belə ki, şadlıq saraylarında noyabr ayında qiymətlər 6.2 faiz artıb.
Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 8.5 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 5.7 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.3 faiz artım qeydə alınıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026