Bu şirkət nizamnamə kapitalını 189900 manat azaldaraq 100 manata saldı

14:57 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. “Eco Cars Azerbaijan” MMC nizamnamə kapitalını azaldır.

ABC.AZ xəbər verir ki, nizamnamə kapitalının azaldılaraq 100 manat olduğunu elan edir. Buna qədər MMC-nin nizamnamə kapitalı 190 000 manat idi.

Xatırladaq ki, “Eco Cars Azerbaijan” MMC bu ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Şəbnəm Rəhmətovadır.