14:20 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 467 milyon 126 min dollar həcmində 18 min 810 ton əczaçılıq məhsulu idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon 348 min dollar və ya 10,25% azalıb, miqdar ifadəsində isə 6 min 148 ton, başqa sözlə, 24,63% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 520 milyon 475 min dollar dəyərində 24 min 958 ton əczaçılıq məhsulu idxal edilmişdi.
Bu il ümumi idxalın 2,49%-i əczaçılıq məhsullarının payına düşüb.
8 Avqust 2026
8 Avqust 2026