Şəkər ixracı kəskin artıb - Hesabat    

12:27 - 19.12.2024


19 dekabr, Fineko/abc.az.  2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 37 milyon 481 min dollar dəyərində 49 min 343 ton şəkər ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 822 min dollar və ya 65,4% artıb, miqdar ifadəsilə isə 18 min 934 ton, başqa sözlə 62,2% artıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycandan 22 milyon 659 min dollar dəyərində 30 min 409 ton şəkər ixrac olunmuşdu.

Bu il ümumi ixracının 0,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,21%-i çayın payına düşüb.