11:49 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan dəyəri 115 milyon 892 min dollar həcmində 18 min 262 ton fındıq ixracı baş tutub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 364 min dollar və ya 3,9% artıb, miqdar ifadəsilə isə 3 min 121 ton, başqa sözlə 14,6% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan 111 milyon 528 min dollar dəyərində 21 min 383 ton fındıq ixrac olunmuşdu.
Bu il ümumi ixracının 0,48%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,75%-i fındığın payına düşüb.
8 Avqust 2026
8 Avqust 2026