11 ayda Azərbaycana 1 milyard 673 milyon dollarlıq avtomobil idxal edilib  

10:54 - 18.12.2024


18 dekabr, Fineko/abc.az. Azərbaycana 2024-cü  ilin yanvar-noyabr ayında Azərbaycan 82 926 ədəd avtomobil idxal edib ki, bununda dəyəri 1 milyard 673 milyon dollarıdır.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı illik müqayisədə miqdar baxımından 7% az olsa da, dəyər baxımından 10% artıb.

Minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 9% azalaraq 74 366 ədəd təşkil edib.

Bu avtomobillərin 2 871-i (115 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 7 650 ədəd (127 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 532 ədəd (62 milyon ABŞ dolları dəyərində) olub.