9 ayda sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib

16:55 - 16.12.2024


16 dekabr, Fineko/abc.az. Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması dövlət dəstəyi tədbirlərindəndir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev 2024-ci il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi tədbirində deyib.

"2024-cü ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5%, ixracında isə 26% təşkil edib. 

Beləliklə, özəl sektor yaradılmış əlverişli imkanlardan səmərəli yararlanmaqla biznes fəaliyyətini genişləndirir, iqtisadi inkişafda mühüm rol oynayır." - deyə müavin çıxışında məlumat verib.