Rusiyanın Altay diyarının sahibkarları Azərbaycana səfər ediblər

11:05 - 16.12.2024


16 dekabr, Fineko/abc.az. Rusiya Federasiyasının Altay diyarının sahibkarları Azərbaycana səfər ediblər.

ABC.AZ xəbər verir ki, nümayəndə heyətinə aqrosənaye kompleksi məhsullarının, qida məhsullarının və foto separatorların istehsalı ilə məşğul olan beş şirkətin nümayəndələri daxil olub. 

Azərbaycanın distribyutorları, ticarət şəbəkələrinin və emal şirkətlərinin nümayəndələri ilə danışıqlar aparılıb. İştirakçılar mümkün əməkdaşlıq variantlarını müzakirə ediblər və bir sıra razılaşmalar imzalayıblar.