10:46 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. Qırğızıstanın Baş naziri Akılbek Japarov vəzifəsindən azad edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı mənbələr məlumat verib.
"Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov tutduğu vəzifədən azad edilib", - deyə mənbə bildirib.
Prezidentin mətbuat xidməti daha sonra rəsmi məlumat verəcəyini söz verib.
Bəzi Qırğızıstan mediası Japarovun ərizə yazaraq öz istəyi ilə getdiyini bildirir.
10 Avqust 2026
7 Avqust 2026