Azərbaycanın logistika şirkətinə 440 min manat əlavə pul qoyulur

14:43 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. “Zamanoglu Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını artırır.

ABC.AZ xəbər verir ki, şirkət nizamnamə kapitalını 241.100 manat dəyərindən 681.100 manat dəyərinə artırır.

Xatırladaq ki, logistika şirkəti 2021-ci ildə yaradılıb və qanuni təmsilçisi Gülnaz Əmrahovadır.