Bankların biznes kredit portfeli 14 milyard manatı keçdi

11:00 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. 2024-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 14 milyard 628,1 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Mərkəzi Bankın aylıq statistik bülletenində öz əksini tapıb. Bülletendə qeyd edilib ki, biznes kredit portfeli aylıq müqayisədə 220,2 milyon manat (1,5%), ötən ilin sonu ilə müqayisədə 2 milyard 11,3 milyon manat (15,9%), illik müqayisədə 2 milyard 381,7 milyon manat (19,4%) böyüyüb.

Qeyd edək ki, biznes kredit portfeli bu ilin oktyabrın 1-nə  14 milyard 407,9 milyon manat,  yanvarın 1-nə 12 milyard 616,8 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 246,7 milyon manat  təşkil edib.