12:42 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ AMB-nin məlumatına görə, noyabrın 28-də keçirilən valyuta hərracında bankların tələbi $80,1 milyon təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan $6,8 milyon (9,3%) çoxdur. Noyabrın 26-da keçirilən valyuta hərracında AMB banklara $73,3 milyon satıb.
Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.
21 Avqust 2026