Banklarımız qiymətli kağızlardan 359 milyon manat qazanıb

15:38 - 27.11.2024


27 noyabr, Fineko/abc.az. 2024-cü ilin noyabın 1-nə Azərbaycan banklarının qiymətli kağızlardan əldə etdikləri faiz gəlirləri 359,2 milyon manat olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici oktyabrın 1-nə olan dövr ilə müqayisədə 35,7 milyon manat və ya 11%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 milyon manat və ya 0,1% çoxdur.

2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 358,7 milyon manat olub.

Bu ilin 1 oktyabr vəziyyətinə bu göstərici 323,5 milyon manat təşkil edib.