14:47 - 22.11.2024
22 noyabr, Fineko/abc.az. “Qara cümə” və “kiber bazar ertəsi” endirimlərinə ən çox maraq göstərilən Avropa İttifaqı (Aİ) ölkəsi İtaliya əhalisidir.
ABC.AZ xəbər verir ki, bu “PwC” şirkətinin araşdırmasından sonra məlum olub.
Belə ki, İtaliyada hər 10 nəfərdən 9-u "qara cümə" günlərində endirimli alış-veriş etməyə maraq göstərir. Ümumilikdə istehlakçıların 86 faizi məhz endirim günlərində alış-veriş etmək niyyətindədirlər.
Araşdırma aparılan zaman italiyalı respondentlərin yarıdan çoxu (54,3 faizi) 101-500 avro arasında pul xərcləməyi planlaşdırdığı aşkarlanıb. İnsanlar xüsusilə, özləri üçün az, lakin dostları və ailələri üçün daha çox məhsul alırlar.
Bir nəfər isə orta hesabla 229 avro xərcləyir. Vəsaitlər ən çox elektronika, geyim, tibbi, sağlamlıq və gözəllik məhsullarına xərclənir.
2023-cü ildəki 62 faizlə müqayisədə istehlakçıların yalnız 37 faizi noyabr ayının ilk həftələrində alış-verişə başlayıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026